- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Kubanın paytaxtı Havanada sayca 55-ci şahmat üzrə ənənəvi “Kapablanka memorialı” keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrossmeysterimiz Vasif Durarbəyli ilk turda kubalı Yasser Perez Quesada heç-heçə oynayıb.
Ardınca Daniel Carlos Cabreranı (Kuba) məğlub edən həmyerlimiz, 3-cü turda daha bir kubalı şahmatçı Omar Quintana ilə xalı yarı bölüb.
Ümumilikdə turnirdə 6 ölkə – Kuba ilə yanaşı Azərbaycan, ABŞ, Argentina, Hindistan və Türkiyə şahmatçıları iştirak edir.