Veloparkda ağacəkmə

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan prezidenti İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə ekologiyanın mühafizə edilməsi, ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması və artırılması istiqamətində aparılan işləri daim diqqət mərkəzində saxlayır, hər il respublikamızda milyonlarla ağac və kol əkilir, meşələr və yaşıllıqlar bərpa edilir, yeni parklar salınır.

Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşıllıqların qorunması və genişləndirilməsi üzrə çoxsaylı layihələr həyata keçirilir.

Aparılan uğurlu dövlət siyasətinə dəstək, ekologiyanın qorunması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması məqsədilə dekabrın 2-də velosiped Səbail rayonunda yerləşən veloparkın ərazisində ağacəkmə aksiyası keçirilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish