- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçuların dünya çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, mötəbər yarışın sonuncu günündə cüdoçularımız daha 3 medal qazanıblar.
Təmsilçilərimizdən Məmməd Məmmədov (M-2, 73 kq) 2-ci, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) 3-cü yer tutublar.
Öncəki günlərində Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc mükafata yiyələniblər.
43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında Azərbaycan 15 cüdoçu ilə təmsil olunub.