- Baxış sayı: 47
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçuların dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə bizdən yenə medal olub.
Babək Hacıyev (M-4; 60 kq) bütün görüşlərini qələbə ilə başa vurub. Mübariz Cəfərov (M-5; 81 kq) 2-ci, Müşfiq Cəfərov (M-5; 73 kq) və Azər Əsgərov (M-5; 100 kq) 3-cü yer tutublar.
Ayaz Umudəliyev (M-3; +100 kq) 4-cü, Mahir Ağamirzəyev (M-3; 90 kq) və Yəmən Fətiyev (M-5; 100 kq) 5-ci olublar.
Dünən Tural Səfquliyev (M-1; 100 kq) bürünc mükafat qazanmışdı.