Veteran şahmatçıların ölkə çempionatı başladı

Veteran şahmatçılar (60+) arasında ölkə çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, açılış mərasimində çıxış edən AŞF-in prezidenti Mahir Məmmədov, belə yarışların vacib olduğunu söyləyib. O, veteranlara daim diqqət ayrılacağını bildirib və Azərbaycan çempionatında qalib olacaq iştirakçının FİDE tərəfindən təşkil olunacaq dünya çempionatında iştirak edəcəyini əlavə edib.

AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov çempionatdan maraqlı mübarizə gözlədiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb. Sonra yarışda Mahir Məmmədov 1-ci lövhədə ilk gedişi edib.

Veteran şahmatçılar arasında ən yaşlı iştirakçı 1939-cu il təvəllüdlü Orxan Əfəndiyevdir. 26 şahmatçının iştirak etdiyi çempionatın ümumi mükafat fondu 3000 manat təşkil edir. Yarış İsveçrə sistemi üzrədir və 9 turdan ibarətdir.

Həmin kateqoriyadan