- Baxış sayı: 33
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 132
- Yanvar 30, 2026
- 0

Veteran stolüstü tennisçilər növbəti turnirdə bacarıqlarını göstəriblər.
Allsport.az xəbər verir ki, Azərbaycan stolüstü tennis federasiyasının veteranlar şurasının təşkil etdiyi ənənəvi yarışa 70-ə yaxın idmançı qatılıb.
Qadınların mübarizəsi Tatyana Aliulinanın qələbəsi ilə nəticələnib. Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova üçüncü olub. 40-49 yaşlı kişilərin yarışında Vaqif Məmmədov qələbə qazanıb. Mahir Cəbiyev ikinci, Orxan Əliyev üçüncü yerdə qərarlaşıb. Elşad Vahidov 50-59 yaşlıların mübarizəsində birinci olub. Mükafata layiq digər yerləri Yaşar Mövlanovla Əli Heydərli tutub. 60-69 yaşlılar arasında İlham Ağayev qələbə çalıb. O, finalda Qulu Quliyevi məğlub edib. Üçüncü yerə Məzahir Həsənov layiq görülüb. Muxtar Ağazadə isə 70+ yaş dərəcəsində bütün rəqiblərini üstələyib. Zirəddin Mövlayev ikinci, Firudin Hüseynov üçüncü yeri tutub. Fərqlənən iştirakçılara diplom və pul mükafatı təqdim olunub.