- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Veyk-an-Zeyedə keçirilən şahmat festivalının təşkilatçıları – “Tata Steel Chess” konserni və Peşəkar Şahmatçılar Assosiasiyası (PŞA) 2016-cı ildə keçiriləcək növbəti yarışa qədər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Allsport.az xəbər verir ki, Veyk-an-Zeyedə keçiriləcək iki turnirin hərəsində PŞA üçün bir yer ayrılacaq.
Növbəti, 78-ci forum bir ildən sonra – 2016-cı il yanvarın 15-dən 31-dək keçiriləcək. Festivalın baş sponsoru əvvəlki kimi “Tata Steel” konserni olacaq.
Xatırladaq ki, dünən 77-ci festivalın bağlanışı olub. Bu festivalda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov da iştirak edirdi. Veyk-an-Zeyedə keçirilmiş əvvəlki festivallarda Azərbaycan şahmatçıları beynəlxalq qrossmeysterlər Vüqar Həşimov və Şəhriyar Məmmədyarov iştirak ediblər.