- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Çex Respublikasının “Viktoriya” (Plzen) klubunun baş məşqçisi Mixal Bilek, çempionlar liqasının pley-ofunda rəqibi barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, həlledici mərhələdə Macarıstan klubu ilə düşmək istədiklərini etiraf edib:
“Pley-ofda “Qarabağ”la yox, “Ferentsvaroş” ilə qarşılaşmağı arzulayırdım. “Qarabağ” haqda çox az məlumatım var. Budapeştdəki görüşə də heç kimi göndərməmişdik. “Qarabağ” Macarıstanda əla qələbə qazandı.
Bu da necə yüksək səviyyədə komanda olmalarından xəbər verir. Bizi asan heç nə gözləmir. Yəqin ki, orada da hava çox istidir. Böyük hədəfə çatmağa 2 oyun qalıb, sona qədər mübarizə aparacağıq. Çempionlar liqasına düşmək bizim əsas məqsədimizdir”.