Vişvanatan Anand: “İstirahət günündə dincəlmək istəyirəm”

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess-2015 superturnirində 5-ci turun görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, Synergy Group-un təşkilatçılığı ilə keçirilən yarışın 5-ci turunda sabiq dünya çempionu Vişvanatan Anand ABŞ təmsilçisi Uesli Soya qalib gəlib.

Hindistanlı şahmatçı “ev tapşırığı” sayəsində uğur qazandığını deyib: “Maraqlı partiya oynadıq. “Ev tapşırığı”nda hazırladığım gedişdən istifadə etdim. Əslində bu taktika Fabiano Karuanaya qarşı hazırlanmışdı.

Lakin So ilə partiyada bəhrəsini verdi. Bu qələbə turnir cədvəlindəki mövqeyim baxımından vacib idi. İstirahət günündə dincəlmək istəyirəm. Futbol oynamayacam. Son turlara hazırlaşmaq istəyirəm”.

Həmin kateqoriyadan