- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Şahmat üzrə sabiq dünya çempionu Vladimir Kramnik sentyabrda Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək. Allsport.az xəbər verir ki, bu barədə rusiyalı dünya çempionu mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində məlumat verib:
“Dünya Kubokunun son qalibiyəm. Bakıda keçiriləcək növbəti Dünya Kubokunda da iştirak etmək fikrindəyəm. İstərdim mümkün qədər yaxşı formada olub. Gizlətmirəm ki, titulumu qorumaq arzusundayam. Lakin indiyə qədər Dünya Kubokunu ardıcıl iki dəfə qazanmaq heç bir şahmatçıya nəsib olmayıb. Statistikaya əsasən belə hal yaşanmayıb. Çünki çox çətindir. Çalışacağam ardıcıl ikinci dəfə qalib olum. Nə qədər çətin olacağını anlayıram”.