Vladimir Kramniklə Uesli So da xalı yarıya böldülər

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda Rusiya şahmatçısı Vladimir Kramnik ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb.

Allsport.az saytı xəbər verir ki, yarışın rəsmi saytı hər 2 şahmatçının partiya haqda fikirlərini təqdim edir. Uesli So rəqibin güclü şahmatçı olduğunu qeyd edib: “Kramnik kimi şahmatçıya qarşı oynamaq böyük şərəfdir. Hər zaman onun oyunlarını diqqətlə izləmişəm. Müəyyən mənada öyrənməyə çalışmışam. Bu gün onun təzyiqini hiss etdim. Heç-heçə olmasını özüm üçün yaxşı nəticə sayıram”.

Sabiq dünya çempionu Vladimir Kramnik isə üstünlüyünün olduğunu amma qələbə üçün lazımi gedişlərin görünmədiyini dedi: “Üstünlüyüm var idi. Amma böyük üstünlük yox idi. Ona görə heç-heçə normal nəticədir. So yaxşı şahmatçıdır. Yaxşı müdafiə olunurdu. Fikrimcə hələ iki tur başa çatıb, ona görə yekun nəticə haqda danışmaq düzgün deyil”.

 

Həmin kateqoriyadan