Voleybol hakimimizə beynəlxalq təyinat

Avropa voleybol konfederasiyası beynəlxalq dərəcəli hakim Konstantin Selinə təyinat verib. Allsport.az xəbər verir ki, hakimimiz çağırış kuboku yarışlarında keçiriləcək “Olimp” (Çexiya) və “Calcit” (Sloveniya) oyununda ikinci hakim olacaq. Qarşılaşmanı rumıniyalı Emil Mihai Rusinoiu idarə edəcək.

1/16 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüş dekabrın 18-də Çexiyanın Kladno şəhərində təşkil olunacaq.

Həmin kateqoriyadan