- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

2006-2007-ci il təvəllüdlü qız voleybolçular arasında Bakı birinciliyində növbəti oyunlar keçirilib. Allsport.az xəbər verir ki, “Azəri” komandası “Azərreyl 1” və “Azərreyl 2”ni 2:0 hesabı ilə məğlub edib. “Xətai” “Azərreyl 2”yə 2:0 hesabı ilə qalib gəlsə də, “Azərreyl 1”ə eyni hesabla uduzub.
Altı komandanın iştirak etdiyi yarışın turnir cədvəlinə “Azəri” komandası liderlik edir.
Dairəvi sistem üzrə keçirilən birincilikdə ən çox xal qazanan komanda Bakı birincisi olacaq.