- Baxış sayı: 210
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

Aprelin 25-də start götürəcək yarışda həm qadın, həm də kişi voleybolçular mübarizə aparacaq.
Allsport.az xəbər verir ki, qadınların yarışında 1-ci liqada ilk dörd pilləni tutmuş üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa” və yüksək liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaq.
Kişilərin yarışında isə 1-ci liqada ilk 4 pilləni tutmuş 3 komanda – “Təhsil”, “Express”, “Xarı bülbül-2 Şuşa” və Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” komandaları mübarizə aparacaqlar
Turnir 4 gün davam edəcək. Oyunlar olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubokun final görüşləri baş tutacaq.
Qarşılaşmalar Azərbaycan voleybol federasiyasının idman zalında, “Murov” klubunun idman zallarında və voleybol mərkəzində təşkil olunacaq.