- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın voleybolçularımız Avropa çempionatına Sloveniyada hazırlaşır. Allsport.az saytı xəbər verir ki, toplanış çərçivəsində millimiz yerlilərlə yoldaşlıq oyunu keçirib. Görüş 5:0 xeyrimizə birib. Sabah yığmamız bir daha sloveniyalılarla gücünü sınayacaq.
Komanda Avropa çempionatının keçiriləcəyi Macarıstana avqustun 21-də yollanacaq. “C” qrupunda mübarizə aparacaq millinin rəqibləri ev sahibələri, Xorvatiya, Niderland, Rumıniya və Estoniyadır.
Xatırladaq ki, Bakıda, son Avropa çempionatında voleybolçularımız 4-cü yer tutub.