- Baxış sayı: 31
- 04 Fevral 2026 13:57
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

Latviya birinci liqasında 4-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi “Olayne/Super Nova” doğma meydanda “Auda” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2.
Vüqar bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək meydanda olub. Geridə qalan turlarda cəmi bir xalı olan “Olayne” 15 klub arasında 11-ci pillədə qərarlaşıb.