- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Vüqar Həşimov memorialı ilk dəfə rapid və blits keçirilir. Bu səbəbdən bütün şahmatçıların imkanlarını eyni dəyərləndirirəm. Qardaşım — Şəhriyar Məmmədyarovun sürətli şahmatda böyük uğurları var. Ümid edirəm ki, o, yarışın qalibi olacaq”.
Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova deyib. Qadın millisinin üzvü Vüqar Həşimovla bağlı çox gözəl xatirələrinin olduğunu əlavə edib: Vüqar Həşimovun adı hazırda dünya zəka sahibləri arasında böyük rəğbətlə çəkilir. Tanınmış şahmatçıların əksəriyyətinin onunla gözəl dostluq münasibəti olub.
Vüqar Həşimov fərqli şahmat tərzi ilə həmişə seçilib. Onun Azərbaycana qazandırdığı qalibiyyətlər heç vaxt unudulmayacaq. O, həmişə şahmatsevərlərin qəlbində yaşayacaq”.