- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Şimali Makedoniyanın Struqa şəhərində kişi şahmatçıların klublararası Avropa kubokunda komandamız bürünc medal qazanıb. Allsport.az verir ki, “Vüqar Həşimov” 7-ci turda həmyerlimiz Şəhriyar Məmmədyarovun çıxış etdiyi, turnirin favoriti, yerli “Alkaloid” klubuna qalib gəlib.
1-ci lövhədə Rauf Məmmədov adı çəkilən qrossmetsterimizlə heç-heçə oynayır, işə gənclər qoşulur – Aydın Süleymanlı Yuriy Krivoruçkonu, Ülvi Sadıqov isə Ernesto İnarkiyevi məğlub etməklə yekunda 3,5-2,5 hesablı qələbəni rəsmiləşdirib.
Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub. Kişilərin yarışında 38 komanda mübarizə aparıb.