- Baxış sayı: 149
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
18-23 dekabrda paytaxtda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə 7-ci beynəlxalq superturnirdə iştirakçılar məlum olub.
Allsport.az xəbər verir ki, bu gün Vüqar Həşimov şahmat akademiyasında təşkil olunan mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyev, qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çex Respublikası) mübarizə aparacağını deyib.
Turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuana və hindistanlı sabiq dünya çempionu Vişvanatan Ananddır. ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, V.Anand isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.
Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Qalib hər 2 turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq.
Yarış Vüqar Həşimov şahmat fondunun təşkilatçılığı, gənclər və idman nazirliyinin, Azərbaycan şahmat federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Turnirə “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 (2016, 2017) dəfə turnirin qalibi olublar.
Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.