- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Dekabrın 17-dən 24-dək Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə superturnir təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, tədbir çərçivəsində media nümayəndələri arasında şahmat yarışı keçiriləcək.
“Vugar Gashimov Memorial-2022”nin “Sponsor gününə” – dekabrın 21-nə təsadüf edəcək yarış Vüqar Həşimov şahmat akademiyasında təşkil olunacaq. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt veriləcək.
Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, qalibə kubok, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunacaq.