- Baxış sayı: 55
- 08 Aprel 2025 10:00
- Baxış sayı: 41
- Aprel 11, 2025
- 0
Allsport.az saytı xəbər verir ki, bu il Qəbələnin ev sahibliyi edəcəyi Vüqar Həşimov memorialının iştirakçıları məlum olub.
Yarışla bağlı keçirilən mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyev iştirakçıların adını açıqlayıb. O, yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abbasov, Rauf Məmmədov və Aydın Süleymanlının yarışa qatılacağını bildirib.
Eyni zamanda turnirdə Santoş Vidit (Hindistan), Rixard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Qelfand (İsrail) kimi əcnəbi şahmatçılar da iştirak edəcək.
Yarış dekabrın 8-11-i aralığında olacaq.