- Baxış sayı: 64
- 22 Aprel 2025 15:58
- Baxış sayı: 62
- Aprel 24, 2025
- 0
“Shamkir Chess-2016” superturnirinin təntənəli bağlanışı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən Vüqar Həşimovun qardaşı Sərxan Həşimov ardıcıl 3-ncü il baş tutan yarışın təşkilatçılarına təşəkkür edib.
Sərxan Həşimov turnirdə ədalətli oyun prinsipinə sadiq qaldığı üçün qadınlar arasında dünya çempionu Hou Yifan, Vüqar Həşimovun oyun üslübuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə Synergy Group Müşahidə Şurasının müavini Fərid Hüseynova xatirə hədiyyələrini təqdim edib.
Rəsmi çıxışlardan sonra turnirin direktoru Fərid Hüseynov Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova ShamkirChess2016 turninin qalibi üçün hazırlanan kuboku təqdim edib.