- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu ilin aprel-may aylarında Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 2-ci superturnir keçiriləcək. Allsport.az xəbər verir ki, yarışın dəqiq vaxtı və iştirakçıların tərkibi daha sonra açıqlanacaq.
Çox güman, altı qrossmeyster iki dövrədə mübarizə aparacaq. Həşimovun xatirəsinə həsr olunmuş birinci xatirə turniri 2014-cü ilin aprelində keçirilib. Bu turnir ötən ilin ən yaddaqalan şahmat yarışlarından biri olub.
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Şahmat oynamağı 6 yaşında atası öyrədib. Vüqar üç dəfə – 1995, 1996 və 1998-ci illərdə Azərbaycan çempionu olub. O, gənclər arasında dördqat Avropa çempionudur. 1999-cu ildə Kasparov Kuboku uğrunda turnirdə 16 yaşınadək şahmatçılar arasında qalib olub.
O, 2002, 2004, 2006 və 2008-ci illər Şahmat olimpiadalarında Azərbaycan komandasının tərkibində iştirak edib, habelə 2009-cu il mayın-7-9-da Bakıda Azərbaycan Prezidenti Heydər Əliyevin Kuboku çərçivəsində dünya yığması ilə oynayan Azərbaycan yığmasının tərkibində olub. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatının bürünc medalını qazanıb, 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olub.
Qeyd edək ki, sonuncu turda öz komandasına həlledici xalı məhz Vüqar qazandırıb. 2011-ci ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionatında ikinci yeri tutub, 2010-2011-ci illərdə “Reggıo Emılıa” turnirinin qalibi olub. Vüqar Həşimov ağır xəstəlikdən sonra 2014-cü il yanvarın 11-də vəfat edib.