- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 25-ci turu “Qarabağ”ın futbolçusu Vüqar Nadirov üçün bu komandanın heyətində 200-cü çempionat matçı kimi tarixə düşüb. Allsport.az xəbər verir ki, “Xəzər Lənkəran”la görüşə (1:0) start heyətində çıxan oyunçu 2001/02 mövsümündə debüt etdiyi klubdakı matçların sayında yubiley həddinə çatıb. Ölkə çempionatında “Xəzər Lənkəran”, “Masallı” və “Karvan”da da oynayan Nadirov ümumilikdə 283 qarşılaşmada 41 qol vurub. Bunlardan 200 oyun və 27 qol “Qarabağ” karyerasına təsadüf edib.
Nadirov digər yarışları (avrokuboklar, Birlik kuboku, ölkə kuboku) da nəzərə almaqla, Ağdam klubunda 261 matçda 38 dəfə fərqlənib. O, Azərbaycan çempionatları tarixində eyni klubda 200 və daha çox oyun keçirən 15-ci futbolçudur. 1. Aslan Kərimov (“Qarabağ”) – 268 2. Sakit Alıyev (“Turan”) – 248 3. Müşfiq Hüseynov (“Qarabağ”) – 244 4. Nizami Sadıqov (“Turan”) – 237 5. Səttar Əliyev (“Qarabağ”) – 230 6. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)– 227 7. Yaşar Hüseynov (“Qarabağ”) – 226 8. Müşfiq Vəliyev (“Viləş”) – 221 9. Alay Bəhramov (“Viləş”) – 220 10-11. Eltay Aslanov (“Turan”) – 208 Usim Nduka (AZAL) – 208 12. Vladimir Levin (“İnter”) – 205 13. Nadir Nəbiyev (“Turan) – 204 14. Namiq Yusifov (“Qarabağ”) – 203 15. Vüqar Nadirov (“Qarabağ”) – 200 |