Vüqar Rəsulov reytinq xarakterli kubok turnirinin qalibi olub

Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində (RİOEUGŞM) rapid üzrə reytinq xarakterli kubok turniri keçirilib. Allsport.az xəbər verir ki, yarışda ölkənin tanınmış qrossmeysterləri və beynəlxalq ustaları, kişilər və qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə yanaşı, həmçinin gənc və yeniyetmə şahmatçılar da iştirak ediblər. Turnirdə qrossmeysterlərdən Rauf Məmmədov, Vüqar Rəsulov, Zaur Məmmədov, Xəyalə Abdulla və digərləri iştirak ediblər.

Məktəbin direktoru Natiq Məmmədovun sözlərinə görə, qaliblər medal, diplom, pul mükafatı, birinci yeri tutan şahmatçı isə kubok ilə təltif olunub.

Ümumilikdə turnirdə paytaxt şahmatçıları ilə yanaşı ölkənin müxtəlif bölgələrindən 88 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Onlardan fəxri kürsünün ən yüksək pilləsinə 9 turun nəticələrinə görə, Gəncə təmsilçisi Vüqar Rəsulov qalxıb. İkinci və üçüncü yerləri Bakı zəka sahibləri İsmayıl Şahəliyev və Kənan Heydərli tutublar.

Qadınlar arasında ən yaxşı nəticəni Gəncə şahmatçısı olan beynəlxalq usta Ülviyyə Fətəliyeva göstərib. İkinci yerə Xəyalə Abdulla, üçüncü pilləyə isə Səbinə İbrahimova sahib olublar.

Müxtəlif yaş kateqoriyalarında isə yarışın qızıl medalçıları Gövhər Beydullayeva, Məhəmməd Muradlı (hər ikisi – 12 yaş), Nərmin Nəsibova, Xəzər Babazadə (hər ikisi – 10 yaş) və Xumar Məhərrəmova və Raul Muxtarov (hər ikisi – 8 yaş) olublar.

Həmin kateqoriyadan