- Baxış sayı: 92
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Bu gün «ABU-Arena»da futzalçıların ölkə çempionatının Yüksək liqasında 14-cü tura start verilib. Allsport.az saytı xəbər verir ki, açılış matçında «Xəzər adaları» yarışın ortabablarından sayılan «Neftçi» İdman Klubu ilə görüşüb.
Qış fasiləsində heyətini gücləndirməyən «ağ-qaralar» sözügedən matçda çətin anlar yaşayıb. Üstün oyun debütant rəqibini 5:2 məğlub edib. Qalib komandadan qolları Anos Rodriges (14), Sezar (17; 24), Edu (39) və Aleksandr da Silva vurublar (40).
«Neftçi»dən Zurab Lukava (18) ilə Georgi Altunaşvili (36) fərqləniblər.
Bu qələbə sayəsində «Xəzər adaları» zirvədə yerini möhkəmləndirib. Xalını 39-a yüksəldən debütant, yaxın izləyicisi «Fənər»lə arasındakı 5 xallıq fərqi qoruyur.
Bu turda «Fənər» – «Araz» qarşılaşması ayın 12-də keçiriləcək.