- Baxış sayı: 79
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Xaçmaz olimpiya idman kompleksində şimal bölgəsindən olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub.
Allsport.az saytı xəbər verir ki, məşğələni ACF-in prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov, “A” dərəcəli beynəlxalq hakim Valeh Məhərrəmov, “B” kateqoriyalı beynəlxalq referilər Arzu Acalova və Akif Tahirov tərəfindən keçirilib.
Seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.