- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri davam edir.
Allsport.az xəbər verir ki, turnirin üç turunun oyunlarının nəticəsinə görə, Şəki şahmatçısı Süleyman Süleymanlı (U-16), Bakı şahmat məktəbinin yetirmələri Kamal İsfəndiyarlı (U-14), Cahandar Azadəliyev (U-12), Suat İbrahimli (U-10) öz yaş qruplarında birinci yerdə mübarizəni davam etdirirlər.
Yeddi turdan ibarət olacaq turnirin reytinq favoriti Süleyman Süleymanlıdır. 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində keçirilən yarış oktyabrın 15-dək davam edəcək.