Xizək alpinizmi üzrə antidopinq seminarı

Milli antidopinq agentliyi (AMADA) Azərbaycan qış idman növləri federasiyasının xizək alpinizmi üzrə antidopinq maarifləndirmə seminarı keçirib.

Allsport.az saytı xəbər verir ki, “Şahdağ” turizm mərkəzində təşkil olunan seminarda AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verib.

Bundan əlavə, idmançılar sorğular vasitəsilə antidopinq sahəsində olan biliklərini yoxlayıblar. Seminarın əsas məqsədi idmançılara antidopinq qayda pozuntularının fəsadları, hüquqi və etik nəticələri barədə məlumat vermək, onlar üçün sağlam və təhlükəsiz idman mühiti formalaşdırmaqdır.

Həmin kateqoriyadan