Xviçanın qalmasını istəyir

“Napoli”nin baş məşqçisi Antonio Konte futbolçusu Xviça Kvaratsxeliya haqda danışıb.

Allsport.az xəbər verir ki, italyan mütəxəssis gürcü futbolçunun klubda qalmasını istəyir:

“Hazırda klub və futbolçunun ətrafı arasında danışıqlar gedir, amma təfərrüatlara varmayacağam. Mənim Xviçadan istəyim diqqətini futbola yönəltməsidir. O, peşəkardır. 

Ümid edirəm ki, hər şey klub, oyunçu və onun agenti üçün ən yaxşı şəkildə alınacaq. Bütün tərəfləri qane edən bir razılaşma olmalıdır. Onun bizimlə davam etməsini çox istəyirəm.”

Kvaratsxeliyanın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Həmin kateqoriyadan