- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“”Qarabağ”la ilk görüş çox gərgin keçdi. Onların hücum xəttində çox yaxşı futbolçular var. Sabahkı oyunu səbirsizliklə gözləyirəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Frayburq”un futbolçusu Yannik Kaytel Avropa liqasının “G” qrupunda “Qarabağ”la oyun üçün mətbuat konfransında deyib.
Almaniyalı yarımmüdafiəçi Bakı səfərini səbirsizliklə gözlədiyini bildirib: “Hər gün Avropa liqasında oynamırıq. Biz hər oyuna 100 faiz gücümüzlə çıxmaq istəyirik. Hansı formada oynamağımızın fərqi yoxdur. Oyunda qalib gəlmək istəyirik.
Biz fiziki cəhətdən hazırıq. Yenidən qalib gəlmək üçün oynayacağıq. Bu, xüsusi səyahətdir. Mən heç vaxt Azərbaycanda olmamışam. Düşünürəm ki, digərlərinin çoxu da olmayıb. Ona görə də biz bu matçı həqiqətən səbirsizliklə gözləyirik”.