Yaponiyada təlim düşərgəsində

20 fevraldan Yaponiyada Kokuşikan universitetində təşkil edilən təlim düşərgəsinə millinin 17 üzvü qatılıb. Allsport.az saytı xəbər verir ki, onlar Kəramət Hüseynov, Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (hamısı – 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (73 kq), Səid Mollayi, Rüstəm Orucov, Zelim Tçkayev, Elcan Hacıyev (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Həmzətxanovdur (+100 kq).

Çalışmalar martın 4-nə qədər davam edəcək. Komandaya hazırlıq üzrə direktor Mark van der Ham, baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edirlər. Toplanışa Yaponiya, İsrail, Gürcüstan və Almaniya seçmələri də qatılıblar.

Həmin kateqoriyadan