- Baxış sayı: 59
- 27 Fevral 2025 10:00
- Baxış sayı: 72
- Mart 02, 2025
- 0
Bu gün şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu. mərasimində AŞF-in prezidenti Mahir Məmmədov çıxış etdi:
“Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər. Buna nail olmaq üçün xeyli işləməli olduq. Azərbaycanın hüdudlarından kənarda yaşayan şahmatçılar da bu yarışda mübarizə aparacaq.
Bu da sevindirici haldır. Müəyyən mənbələrə əsaslanaraq demək olar ki, bu yarış kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci çempionatıdır. Yarışın ədalətli keçməsini istəyirik.
Şahmatçıların taxta arxasında döyüşkən və fəal mübarizə aparacağına ümid edirik. Əsl idman mübarizəsi olacaq. Maraqlı partiyalar görəcəyik. Hamınıza uğurlar arzulayıram”.