- Baxış sayı: 15
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 58
- Noyabr 21, 2024
- 0
Həftəsonu “AHF arena”da qadın həndbolçuların yüksək liqasının 11-ci turunda “İdman Akademiyası” son ölkə çempionuna qalib gəlib 31:29 (27:27, 16:16). Düzdür, ertəsi gün keçirilən 12-ci tur matçında “Azəryol” yenilginin əvəzini artıqlamasıyla çıxıb – 44:26. Amma, hər halda, “tələbələr” sensasiyaya nail olaraq, tarixində ilk dəfə bu rəqibi üstələməyi bacarıblar. Komandanın baş məşqçisi Yelena Namaliyeva, hər 2 oyunu allsport.az saytına belə şərh edib:
“Təbrikə görə təşəkkür edirəm. “Azəryol” üzərində qələbəyə çox şadam. Oyun uzun və gərgin oldu. İstəyimiz yüksək idi. Görüşə yaxşı kökləndik. Ən başlıcası, verilən bütün tapşırıqları düzgün yerinə yetirə bildilər. İlk oyunda qızlarda hər şey alındı. “Azəryol” əksinə, boşaldı. Onlar elə zənn edirdilər ki, bu dəfə də udacaqlar və o üzdən çox güc sərf etmək lazım deyil.
Bildiyiniz kimi, yeni qaydaya əsasən, oyun heç-heçə bitdikdə, penaltilər olur. Maraqlıdır ki, rəqibin təcrübəli həndbolçuları ilk olaraq 7-metrlik nöqtəyə yaxınlaşdılar. Amma onlar dəqiq vura bilmədilər. Biz həyacan keçirirdik. Çünki 2 əsas oyunçumuz qovulmuşdu. Sevindiricidir ki, həlledici anda üstün olduq. Aydın məsələdir, məğlub tərəf hər zaman günahı hakimlərdə axtarır. Mənə elə gəlir, bu artıqdır, çünki qarşı tərəfdə səviyyəli həndbolçu çixdur. Onların çoxu millinin üzvləridir.
Növbəti görüşə gəlincə, bizdə təcrübə çatmadı. “İdman Akademiyası” gənclərdən qurulub və güclü rəqiblə 2 gün ardıcıl sparrinq çox çətrindir. Sözsüz ki, əvəz matçına “Azəryol” yaxşı köklənmişdi. Onlar revanş hissi ilə alışıb yanırdılar və ilk yenilginin təsadüfi olduğunu göstərmək istəyirdilər. Bizdə isə, ilk oyunda fərqli, xeyli top itkilərimiz oldu. Hər halda, növbəti oyunda da rəqibə layiqli müqavimət göstərdik”.