Yeni təyin olunan məşqçilərimizin ilk sınağı G2 dərəcəli “Turkish Open” yarışıdır

6-14 fevralda Antalyada Türkiyə və Avropa Taekvondo Birliyi tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı klublararası qitə çempionatı və G2 “Turkish Open” beynəlxalq yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komandaların rəqabətində (6-9 fevral) ölkəmizdə fəaliyyət göstərən “Gilan”, “Savalan”, “Qafgaz”, “Zenit”, 1 saylı “Gömrükçü”, “Təhsil” RİM, 2 saylı Sumqayıt “Gömrükçü”, Lənkəran TİM, Quba UGİM, Gəncə UGİM, “Fərasət”, “Tofiq İsmayılov”, “Aran” təmsil edəcəklər.

Bir günlük fasilədən sonra 11 fevralda sayca 4-cü olan “Turkish Open” beynəlxalq turnir başlanacaq. 4 gün davam edəcək turnirə də yeniyetmə, gənc və ustalardan ibarət yığma komandamız geniş heyətlə qatılacaq.

Yarışlarda ədalət təmsilçilərimizdən isə federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev, Elşad Məmmədov, Tural Vəlibəyov, Ramal Camalov və Çoşqun Nadirli iştirak edəcəklər. ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə ayin 4-də qardaş ölkəyə yollanacaq komandalarımız, Vətənə 16 fevralda dönəcəklər.

Həmin kateqoriyadan