- Baxış sayı: 47
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Martdan başlayaraq, aprelin əvvəlinədək (54 rayon və şəhərin iştirakı ilə) 15 yaşadək yeniyetmə cüdoçuların bölgə birincilikləri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk yarışlar martın 5-də Naxçıvan və Göygöldə olacaq.
Növbəti sınaqlar Mingəçevir (7 mart), Balakən (12 mart), İsmayıllı (14 mart), Qusar (16 mart), Masallı (18 mart) və Sumqayıtda (6-7 aprel) baş tutacaq.
Mükafatçılar mayın 6-8-də Bakıda kiçik yaşlı yeniyetmələrin Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.