- Baxış sayı: 78
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Çex respublikasının Teplise şəhərində yeniyetmə cüdoçuların Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu yarışda millimiz 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini yeniblər. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzublar. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq), Aytac Qardaşxanlı və Mətin Rzazadə (66 kq) 3-cü yer tutublar.
Yeniyetmə cüdoçularımız komanda hesabında medalların həm əyarı, həm də sayına görə 1-ci yeri tutublar. Millimizin baş məşqçisi Ramiz Ramizzadəyə yarışın baş kuboku təqdim olunub.