- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçuların dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, avqustun 24-27-də fərdi, 28-də komanda yarışı olacaq.
Bu sınaqda baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi ilə ölkəmizi Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev (66 kq), Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) təmsil edəcəklər.
Qızlarda məşqçi Elnur İsmayılovun rəhbərliyi altında Aydan Vəliyeva (48 kq), Fidan Qasımova, Vüsalə Hacıyeva (hər ikisi – 52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+70 kq) mübarizə aparacaqlar.