- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 174
- Fevral 06, 2026
- 0

Fövqəladə hallar nazirliyinin Hövsan qəsəbəsində “Xilasedici” idman-sağlamlıq mərkəzində yeniyetmə cüdoçuların Azərbaycan birinciliyini sona yetib.
Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə Xumar Qasımzadə (44 kq), Telli Atazadə (57 kq), Nigar Süleymanova (70 kq); Fikrət Nəcəfov (55 kq), Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq) qalib olublar.
Ümumi komanda hesabında 13 nömrəli RİOEUGİM 1-ci, “Neftçi İdman Klubu” 2-ci, “Təhsil” RİM-in Sumqayıt 1 saylı UGİM 3-cü yer tutub.