Yeniyetmə cüdoçuların Strasburq sınağı

23-24 apreldə Fransanın Strasburq şəhərində yeniyetmə cüdoçuların Avropa kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 20 ölkədən 366 idmançı iştirak edəcək.

Öğlanlarda ölkəmizi bu sınaqda baş məşqçi Ramiz Ramizzadənin rəhbərliyi ilə Məhəmməd Məmişov, Xəlid Məmmədov (hər ikisi – 50 kq), Məhəmməd Musayev, Xanəhməd Şərifov, Şahin Oruczadə (55 kq), Nizami İmranov, Mehdi Cəfərov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov və Zaur Sarıoğlu (+90 kq) təmsil edəcəklər.

Qızlarda məşqçisi Elnur İsmayılov olmaqla, Xumar Qasımzadə (44 kq), Fidan Qasımova (52 kq) və Fidan Əlizadə (57 kq) qatılacaqlar.

Həmin kateqoriyadan