- Baxış sayı: 42
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

17 yaşadək qızlardan ibarət milli həndbol komandamız Avropa çempionatına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Sergey Kambur və köməkçisi Səkinat Abbasovanın rəhbərliyi ilə “AHF arena”da keçirilən təlim-məşq toplanışına 18 həndbolçu cəlb edilib.
Təlim-məşq toplanışında komandanın fiziki və taktiki-texniki hazırlığına önəm verilir. Hazırlığın növbəti mərhələsi 18-28 mart tarixində Göygöl olimpiya kompleksində təşkil olunacaq.
Qeyd edək ki, 17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz “A” qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
“B” qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.