- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İyulun 19-da Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürəcək. Allsport.az xəbər verir ki, iyulun 25-dək davam edəcək mundialın ilk üç günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.
Məsul yarışda Azərbaycanı təmsil edəcək yığma bu gün Budapeştə yollanıb. Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.
Dünya çempionatında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.