- Baxış sayı: 46
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Gənclər və idman nazirliyi və Azərbaycan şahmat federasiyasının təşkilatçılığıyla Balakən olimpiya idman kompleksində yeniyetmələr arasında respublika şahmat olimpiadası keçirilib.
Allsport.az xəbər verir ki, 11 turdan ibarət turnirdə “A” və “B” qruplarında ümumilikdə Azərbaycanın 26 şəhər və rayonundan 250 şahmatçı mübarizə aparıb.
Müxtəlif kateqoriyalarda Daniel Konovalov, Mələk Əsədli (8 yaşlılar), Fərid Sadıqzadə, Mədinə Eyvazova (10 yaşlılar), Yusif Musasoy, Məryəm Məmmədova (12 yaşlılar), Hüseyn Qurbanov, Dinara Hüseynova (14 yaşlılar), Məhəmməd Bağırov və Sara Kərimzadə (16 yaşlılar) birinci yeri tutub.
3 və 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman şahmat məktəbinin komandası “A” və “B” qruplarında qalib adını qazanıb. Gəncə və Ucar uşaq-gənclər şahmat məktəbinin komandası ikinci, Beyləqanla Şəki uşaq-gənclər şahmat məktəbinin kollektivi isə üçüncü yerdə qərarlaşıb.
Reqlamentə əsasən “A” qrupunda oğlanlar və qızlar arasında 1-ci yer tutan Məhəmməd Bağırovla Dinara Hüseynova noyabrda Monteneqroda keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacaq.