- Baxış sayı: 46
- 24 Mart 2026 23:23
- Baxış sayı: 59
- Mart 25, 2026
- 0

Rumıniya paytaxtı Buxarestdə yeniyetmələrin Avropa kubokunun ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
Allsport.az saytı xəbər verir ki, oğlanlarda Şahin Oruczadə (55 kq), Mehdi Cəfərov (66 kq) qızıl, Məhəmməd Məmişov (50 kq) gümüş, Məhəmməd Musayev (55 kq) və Əbil Yusubov (66 kq) bürünc medal qazanıblar.
Qızlarda Vüsalə Hacıyeva (52 kq) 3-cü yer tutub.