- Baxış sayı: 57
- 04 Dekabr 2025 18:41
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam cəzalandırılıb. Allsport.az xəbər verir ki, ötən gün Koreya Respublikasına qarşı matçda ehtiyat oyunçular skamyasından uzaqlaşdırılaraq, tribunaya göndərilən alman məşqçi təşkilatçılar tərəfindən 1 oyunluq cəza alıb.
Bu səbəbdən də Adam yanvarın 11-də keçiriləcək son turun oyununda ehtiyat oyunçular skamyasında əyləşə bilməyəcək.
Qeyd edək ki, Adam sözügedən qarşılaşmanın 85-ci dəqiqəsində baş hakimin qərarına sərt formada etiraz etdiyi üçün meydandan qovulmuşdu.