- Baxış sayı: 40
- 18 Aprel 2025 21:44
- Baxış sayı: 107
- Aprel 14, 2025
- 0
Azərbaycan cüdo yığması Portuqaliyanın Odivalese şəhərində keçirilən qran pridə ümumi hesabda 6-cı pillədə qərarlaşıb.
Allsport.az xəbər verir ki, komandamız yarışın ilk iki günündə 4 medal qazanıb.
Cüdoçularımızdan Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq) və Səid Molayi (81 kq) isə bürünc medal qazanıb.
Turnirdə ən yaxşı göstərici Yaponiya (2-1-4) yığmasına məxsusdur. Özbəkistan (2-1-0) ikinci, Cənubi Koreya (1-0-1) üçüncü pillədə qərarlaşıb.