Millimiz “Fənərbağça”nı 9 qolla məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət milli komandası bu gün yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, millimiz “Fənərbağça”nın U-17 komandası ilə qarşılaşıb.

Məhsuldar keçən qarşılaşmada yığmamız rəqibini 9:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, bu oyunu Antalyada toplanışda olan azərbaycanlı hakimlər – Ramil Diniyev, Rahil Ramazanov və İsgəndər Əliyev idarə edib.

Komandamız bu gün daha bir oyun keçirəcək. 17 yaşlılarımızın ikinci rəqibi isə Xorvatiyanın “Split” klubunun U-17 komandası olacaq.

Həmin kateqoriyadan