- Baxış sayı: 74
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 673
- Dekabr 12, 2025
- 0

16 yaşadək qızlardan ibarət millimiz Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Şərqi Avropa voleybol zonaları assosiasiyalarının çempionatında ikinci oyununu keçirib.
Allsport.az xəbər verir ki, A qrupunda yarışan Emin Əbilovun rəhbərlik etdiyi komanda ev sahibi Gürcüstanla qarşılaşıb və 1:3 hesabı (29:27, 14:25, 20:25, 15:25) uduzub.
Qrupun digər matçında Rusiya Latviyadan güclü olub – 3:0.
Millimiz ilk turda Ukraynaya 0:3 hesabı ilə uduzmuşdu. Rusiyanın 9, Ukrayna, Latviya və Gürcüstanın 3 xalı var. Yığmamızı isə xalsız qalıb.