- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdo üzrə millimizin keçmiş baş məşqçisi Peter Zayzenbaher pedofiliyaya görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Allsport.az xəbər verir ki, ikiqat olimpiya çempionu ittiham olunduğu bütün maddələrlə günahkar bilinib.
Eks-cüdoçunu 10 il həbs cəzası gözləsə də, idmançının əvvəllər məhkum olunmadığına görə məhkəmə onun cəzasını azaldıb. Zayzenbaher özünü günahkar hesab etməyib və bildirib ki, bu, ona qarşı qurulan plandır. Onun işi appelyasiyaya vermək imkanı var.
Zayzenbaher ilk dəfə Azərbaycan yığmasına 2012-ci ildə başçılıq etməyə başlayıb, lakin 2014-cü ildə postunu tərk edib. Avstriyalının başçılığı altında Elxan Məmmədov Azərbaycanın cüdo tarixində ilk dünya çempionu olub. 2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət ediblər. Rioda keçirilən Olimpiadada onun başçılıq etdiyi komanda iki gümüş medal qazanıb.