- Baxış sayı: 39
- 24 Mart 2026 18:39
- Baxış sayı: 88
- Mart 25, 2026
- 0
Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi, oyunların analizi üzrə məşqçi Yanko Yankoviç Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Allsport.az xəbər verir ki, o, FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını izləmək və milli komandanın məşqçilər korpusuna müvafiq məlumatlar vermək məqsədilə qonşu ölkəyə yollanıb.
Qeyd edək ki, Azərbaycan millisi bu turnirdəki ilk oyununda Yaponiyaya 1:0 hesabıyla qalib gəlib.